Modern.az

Bakıda sərnişin avtobusları ilə bağlı YENİLİK

Bakıda sərnişin avtobusları ilə bağlı YENİLİK

31 Avqust 2015, 11:03


“Avtobuslarda sürücülərin işləmə vaxtını və sürət həddini müəyyən edən xüsusi cihaz barədə Nəqliyyat Nazirliyinə təklif çoxdan daxil olub. Bununla bağlı tədbirlər həyata keçirilir”.

Nəqliyyat Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin ictimai əlaqələr mərkəzinin rəhbəri Şəfa Mehmanqızı Modern.az saytına deyib ki, bu qurğu öyrənilib, onun haqqında xüsusi proqram da yazılıb:

“Sürücülərin iş qrafikini müəyyən etmək, hansı sürətlə hərəkət etmələrini yoxlamaq üçün xüsusi proqram hazırlanıb. Hazırda ayrı-ayrı şirkətlərlə danışıqlar aparılır. Hazırlıq mərhələsi başa çatandan sonra, yaxın gələcəkdə bu qurğuların avtobuslarda tətbiqi nəzərdə tutulub”.

Azərbaycanda sərnişin avtobuslarında sürücülərin işləmə vaxtını və sürət həddini müəyyən edən xüsusi cihazların quraşdırılması təklif edilir. Bununla bağlı Milli Məclisin payız sessiyasında təşəbbüs irəli sürüləcəyi gözlənilir. Cihaz sürücünün 8 saatdan artıq işləməməsi və sürət həddini aşmamasına nəzarət edəcək.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama