Modern.az

Sabahdan “metrokart”a gedişhaqqı yüklənməyəcək

Sabahdan “metrokart”a gedişhaqqı yüklənməyəcək

31 Avqust 2015, 12:26

“Sentyabrın 1-dən etibarən metro kartlarına gedişhaqqı yüklənməsi prosesi başa çatacaq. Sərnişinlər əvvəldən yüklənmiş gediş haqqından yalnız sentyabrın 30-na kimi istifadə edə biləcəklər”.

Bu haqda Modern.az saytına “Bakı Metrosu”nun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O qeyd edib ki, sərnişinlər girov dəyəri və gediş haqqını “Bakıkart”a transfer edə bilərlər.

Metropolten rəsmisi bildirib ki,” Bakıkart” aparatlarının, eyni zamanda turniketlərin quraşdırılması mərhələli şəkildə həyata keçirilir: “Keçidlər analiz edilir və hazırda hansı kartdan daha çox istifadə edilməsi müəyyən edilir. Buna görə turniketlər və aparatların sayı artırılır”.

N.Paşayev turniketlərin hamısının dəyişdirilməməsini belə izah edib:

“Nəzərə almaq lazımdır ki, rayonlarda olan tələbələrdə hələ də metro kartı ola bilər. Bu səbəbdən turniketlərin hamısını yeniləmək olmaz.

Eyni zamanda onu da qeyd edim ki, hazırda yay qrafikində fəaliyyət göstəririk. yəni qatarların sayı azaldılıb, interval artırılıb. Qış qrafikində interval azaldılacaq və xəttə buraxılan qatarların sayı artırılacaq”.

Qeyd edək ki, qış qrafikinə keçid adətən sentyabr ayının 15-də keçilir. Bu zaman qatarların sayı artırılaraq 30 cütə çatdırılır”

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu