Modern.az

“V1 Challenge Bulgaria 2015” çempionatının qalibi bəlli oldu

“V1 Challenge Bulgaria 2015” çempionatının qalibi bəlli oldu

31 Avqust 2015, 12:46


Avqustun 30-da Bolqarıstanın Vinisa kvartalındakı “Varna” kartinq pistində “V1 Challenge Bulgaria 2015” çempionatının 3-cü mərhələsi  keçirilib. Modern.az xəbər verir ki, yarışda Azərbaycan təmsilçisi Gülhüseyn Abdullayev birinci yer tutub. İkinci və üçüncü yerlərdə isə bolqarıstanlı Simeon Donovla Qriqor Qriqorov qərarlaşıb.

Çempionatda Azərbaycan Avtomobil Federasiyası və Gənclər və İdman Naziriliyinin dəstəyilə iştirak edən Gülhüseyn Abdullayev sıralama turunda da birinci olub.

Qeyd edək ki, yarış 2015-ci il iyunun 28-də  “Tvardisa-Elena” rallisində qəzaya uğrayaraq həlak olmuş bolqar pilot Todor Slavovun xatirəsinə həsr edilib və “Çempion ölmədi, əfsanə oldu” şüarı altında keçirilib.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu