Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

31 Avqust 2015, 13:26

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sentyabrın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz  24-28, Bakıda gecə 20-22, gündüz 26-28 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Axşam yağış ayrı-ayrı rayonlarda tədricən kəsiləcək. Arabir güclənən şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 24-29,  dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti olacaq.   

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu