Modern.az

İntihar etmək istəyənlərdə müşahidə olunan 3 ÖZƏLLİK

İntihar etmək istəyənlərdə müşahidə olunan 3 ÖZƏLLİK

31 Avqust 2015, 14:35


Alimlər insanların intihara meylli olmasını müyyən edən 3 əsas kriteriyanı açıqlayıblar.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, neyropsixoformokologiya sahəsində aparılan araşdırmalar psixoloqlaara intiharçının əlamətlərinin müəyyən etməyə imkan verib.

1. İnsan riskli hərəkətlərə, məsələn maşını yüksək sürətlə idarəetməyə meyllidirsə,  

2. daim psixoloji ajiotaj içindədirsə - tez-tez paltarından dartırsa, əllərini bir-birinə sürtürsə yaxud oturaq vəziyyətdə ayaqlarını döşəməyə çırpırsa,  

3. impulsiv addımlar atmağa meyllidirsə, onun intihar etmə şansı orta statistik insandan 50% daha çoxdur.  

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə hər il 800 min insan intihar edir. İntihara cəhd edən insanların sayı isə bundan 20 dəfə çoxdur.    

Vüqar İsmayılov  

 
Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI