Müsavat Partiyası Məclisi deputatlığa namizədlərin müəyyənləşdirilməsi prosesində “Yeni Müsavat” qəzetinin əməkdaşı, Müsavat Məclisin keçmiş üzvü Elşad Paşasoyun namizəd olub-olmamağını nəzərə almayıb, onun rəyini də soruşmayıb.
Modern.az saytının məlumatına görə bu barədə Elşad Paşasoy özünün facebook səhifəsində bildirib.Əksəriyyət E.Paşasoyun fikirlərini təqdir edərək namizədliyini verməyi məsləhət görüb. Müsavat Partiyası başqanının müavini Elman Fəttah isə buna sərt reaksiya verib.
Onun sözlərinə görə qurultay qabağı Qubad İbadoğlunun başqanlığını dəstəkləyən şəxslərə soyuq münasibət var:
“Lap partiyadan da kiminsə rəyini öyrənmək olar söhbət növbəti dəfə seçkidə iştirak edib-etməməkdən getmir.Amma ədalət naminə bəzi mətləblərin yazılmasına, deyilməsinə zərurət var. 2010-cu il parlament seçkilərində kiçik bir heyətlə, dostların dəstəyi ilə uğurlu, hətta alternativim olan hörmətli Sabir Rüstəmxanlının da şəxsən etiraf etdiyi kimi, ləyaqətli seçki kampaniyası aparıb 72 saylı Yardımlı-Masallı seçki dairəsində rəsmən 2 minə yaxın səs aldım.
Şübhəsiz ki, dəyərli seçicilərimin verdiyi real səslər bundan dəfələrlə çox idi. Sözüm bunda deyil..”.
E.Paşasoy hesab edir ki, ona göstərilən münasibət Qubad İbadoğlunu müdafiə etməsindən irəli gəlir:
“Müsavat Partiyasının Məclisi deputatlığa namizədləri, xüsusən də seçki kampaniyamda çox böyük fədakarlıq etmiş Xasay qardaşıma uğurlar arzulayıram! Lakin normalda heç olmasa 2010-cu ildə partiyaya 2 min səs qazandırmış namizədin də rəyini soruşmaq olardı. Görünür, partiyada hələ də keçən ilin qurultayqabağı və sonrakı mərhələsində Qubad İbadoğlunu müdafiə etmiş şəxslərə mövcud olan qıcıqlı münasibət davam edir.
Lakin seçkiöncəsi hələ də keçmişlə yaşamaq, alternativ fikrə dözümsüzlük partiyanın onsuz da zəifləmiş durumu üçün heç də yaxşı perspektiv vəd etmir, inanın! Əgər ötən seçkidə Müsavat 3 faizlik baryeri keçsəydi, orda bir çoxları kimi, mənim də rolum olacaqdı. Yeri gəlmişkən, Tural Abbaslı kimi gənc dostların da siyahıya salınmaması kənardan heç də normal görünmür. Başqa adlar da var..”.
Modern.az