Hollivudun canlı əfsanəsi, 3 dəfə “Oskar” mükafatına layiq görülən Cek Nikolson bir dəfə Böyük Britaniya kraliçasının bacısına kokain təklif edib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu haqda kinoagent Syu Mecers öz avtobioqrafik kitabında yazıb.
Kitabdan aydın olur ki, 1979-cu ildə kraliçlanın şərəfinə təşkil olunan gecədə Cek Nikolson şahzadə Marqaretə onu yaxından tanımaq üçün kokain təklif edib.
Amma aktyorun təklifini rədd edən şahzadə bütün gecəni digər Hollivud ulduzu Con Travoltanın müşayiəti ilə keçirib.
Syu Mecers bu hadisəyə şəxasən şahidlik etdiyini deyir.
78 yaşlı Cek Nikolson 12 dəfə “Oskar”a namizəd göstərilən və mükafatı 3 dəfə qazanan dahi aktyordur.
Öz şorgözlüyü ilə tanınan Nikolson həyatı boyu 2 min qadınla yatdığını etiraf edir. Onun 4 müxtəlif qadından 5 övladının olduğnu məlıumdur.
Gecə əyləncələrinə tez-tez gedən şahzadə Marqaret isə London klublarının daimi müştəsiri olub. O 2002-ci il fevralın 9-da insult keçirərək həyatını itirib.
Vüqar İsmayılov