Modern.az

Cavid Hüseynovun daha bir şikayəti təmin edilmədi

Cavid Hüseynovun daha bir şikayəti təmin edilmədi

31 Avqust 2015, 17:38


Bu gün Bakı Apelyasiya Məhkəməsində “Qəbələ”nin sabiq kapitanı Cavid Hüseynovla bağlı apelyasiya şikayətinə baxılıb.

Futbolçunun vəkili Adəm Məmmədov Modern.az saytına bildirib ki, şikayət təmin olunmayıb.

Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı Səbayel rayon Məhkəməsi Cavid Hüseynovu həbs edib.

Cavid Hüseynova Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə 3 ay həbs - qəti imkan tədbiri seçilib.

Cinayətin Cavid Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır.  Daha sonra Səbail rayon Məhkəməsi futbolçu haqda həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün qaldırılan vəsatəti təmin etməyib. Vəkili məhkəmənin qərarından Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verib.

 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu