Modern.az

Parlament önündəki partlayışda azı 2 nəfər ölüb

Parlament önündəki partlayışda azı 2 nəfər ölüb

31 Avqust 2015, 18:02



Ukrayna Ali Radası önündə bir neçə saat öncə başlayan toqquşmalarda azı 2 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Ukraynanın mərkəzi hakimiyyəti zəiflədərək ölkənin şərqindəki bəzi bölgələrə geniş muxtariyyət hüququnun verilməsinə etiraz edən aksiya iştirakçıları polislə toqquşmaya gediblər. Kütlənin içindən polis və Milli Qvradiya mövqelərinə doğru atılan döyüş qumbarasının partlaması nəticəsində son məlumatlara görə, azı 2 asayiş keşikçisi həlak olub, 30-a qədər insan isə yaralanıb. Yaralananlar arasında jurnalistlərin də olduğu bildirilir.

Hazırd Kiyevin mərkəzində geniş təhlükəsizlik tədbirləri görülür.

Ukrayna prezidenti Pyotr Poroşenko baş verən hadisələrlə bağlı televiziya ilə ölkə sakinlərinə müraciət edəcək. Daxili ilşər naziri Arsen Avakov isə qanlı insidentə görə məsuliyyətin millətçi “Azadlıq” partiyasının fəallarının törətdiyin iddia edib.  

Vüqar İsmayılov 
   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu