Modern.az

Qarabağda özbaşınalıq edən rus biznesmen həbs edildi

 Qarabağda özbaşınalıq edən rus biznesmen həbs edildi

31 Avqust 2015, 20:35

 

Modern.az TASS agentliyinə istinadən xəbər verir ki, Rusiyalı iş adamı German Sterliqov Moskvanın Domodedovo hava limanında saxlanılıb.  

Onun vəkili Artur Ayrapetov bildirib ki, bu gün G.Sterliqov saat 17:00-da təyyarə ilə Yerevandan Moskvaya gəlib və dövlət sərhədini keçərkən saxlanılıb.

Onun sözlərinə görə, G.Sterliqovun saxlanılması çox güman ki, onun beynəlxalq axtarışa verilməsilə əlaqədardır.

Xatırladaq ki, Qerman Sterliqova qarşı Azərbaycan Respublikasının suveren ərazisində törətdiyi cinayət əməllərinin tərkib əlamətləri nəzərə alınaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində həbs-qəti imkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib.

Məlumata görə, iş adamı sərhədi keçərkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. . 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu