“Baku Bus” MMC-dən “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımaları” MMC-yə verilən məlumata görə, 1 saylı marşrut avtobusunun fəaliyyətə başlama vaxtı texniki səbəblərdən 1 həftə müddətinə uzadılır.
Bu haqda Modern.az saytına Nəqliyyat Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin ictimai əlaqələr mərkəzinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib.O bildirib ki, 1 saylı marşrut avtobusu 1 sentyabr tarixindən yox, təqribi olaraq 6-7 gün sonra fəaliyyətə başlayacaq: “Bu səbəbdən hələlik digər (11, 8, 136, 184) marşrut xətlərində dəyişikliklər də 1 saylı marşrut avtobusu fəaliyyətə başladığı gündən tətbiq olunacaq.
Qeyd edək ki, bu müddətin uzadılması ləğv olunan 100 və 132 saylı marşrut avtobuslarına aid deyil.
Gülşən RAUFQIZI