Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyanın şimal-şərqində yerləşən Saraqosa şəhərində fişəng fabrikində güclü partlayış baş verib.
Hadisə nəticəsində fabrikin olan 20 işçidən üçü həlak olub, altı nəfər isə yaralanıb. Daha iki nəfərin yeri məlum deyil.
Şirkət rəhbərliyi partlayışın ehtiyatsıqdan baş verdiyini açıqlayıb.
Xilasetmə işlər davam etsə də, ölənlərin sayının artacağı istisna edilmir.
Sözügedən fabrik 1860-ci ildə qurulub və ölkənin ən böyük fişəng fabrikidir.
Modern.az