Modern.az xəbər verir ki, "Qəbələ" Avropa Liqasının qrup mərhələsində rəqibi olan PAOK-un futbolçusu Fakundo Pereyranı heyətinə cəlb edir.
Bu barədə Yunanıstan KİV-nin yaydığı məlumatları "Qəbələ"nin meneceri Səməd Nəsibov təsdiqləyib.
Onun sözlərinə görə, argentinalı hücumçu ilə bir illik müqavilə imzalanacağı gözlənilir. Onun "Qəbələ"də icarə əsasında oynayacağı gözlənilir.
Ötən mövsüm PAOK-un heyətində 36 oyuna çıxan yarımmüdafiəçi 12 qol vurub.
Modern.az