Modern.az

Qerman Sterliqov sərbəst buraxılıb - YENİLƏNİB

 Qerman Sterliqov sərbəst buraxılıb - YENİLƏNİB

31 Avqust 2015, 23:10

Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Moskvada “Domodedovo” hava limanında saxlanılan rusiyalı iş adamı Qerman Sterliqov artıq sərbəst buraxılıb.

Bu barədə onun özü məlumat verib: “Hüquq-mühafizə orqanlarını öz vəzifələrinə uyğun hərəkət ediblər. Müvafiq söhbətdən sonra Rusiya vətəndaşı olaraq sərbəst buraxıldım. Hazırda vəziyyətim yaxşıdır”,

Xatırladaq ki, Q.Sterliqov bu gün axşam saatlarında Moskvanın Domodedovo hava limanında saxlanılmışdı.

Modern.az

 

**************

Modern.az TASS agentliyinə istinadən xəbər verir ki, Rusiyalı iş adamı German Sterliqov Moskvanın Domodedovo hava limanında saxlanılıb.  

Onun vəkili Artur Ayrapetov bildirib ki, bu gün G.Sterliqov saat 17:00-da təyyarə ilə Yerevandan Moskvaya gəlib və dövlət sərhədini keçərkən saxlanılıb.

Onun sözlərinə görə, G.Sterliqovun saxlanılması çox güman ki, onun beynəlxalq axtarışa verilməsilə əlaqədardır.

Xatırladaq ki, Qerman Sterliqova qarşı Azərbaycan Respublikasının suveren ərazisində törətdiyi cinayət əməllərinin tərkib əlamətləri nəzərə alınaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində həbs-qəti imkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib.

Məlumata görə, iş adamı sərhədi keçərkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. . 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu