İraqın Naynava əyalətində İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatının 120-dən çox yaraqlısı edam edilib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, qruplaşma iştirakçıları çevriliş vasitəsilə İŞİD-in lideri Əbu Bəkr əl-Bağdadini uzaqlaşdırmağa cəhd etdiklərinə görə cəzalandırılıblar.
Kürdüstan Demokratik Partiyasının nümayəndəsi Said Mamuzini deyib ki, çevriliş ötən bazar günü həyata keçirilməli idi. Ancaq iki gün əvvəl həbs edilən 5 yaraqlı çevrilişlə bağlı planı açıqlayıblar. Nəticədə 122 yaraqlı, o cümlədən 18 səhra komandiri Mosuldakı həbsxanada güllələniblər.
Modern.az