Türkiyənin Diyarbəkir ərazisində yolu kəsən silahlı PKK terrorçuları yeni cinayətə əl atıblar. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, yolda hərəkət edən maşını saxlatmaq istəsələr də, sürücü dayanmayıb. Bunu görən silahlı dəstə maşını aramsız atəşə tutub. Nəticədə avtomobili idarə edən həkim Abdullah Birol dünyasını dəyişib.
Maraqlı məqam budur ki, Türkiyənin xüsusi təhlükəsizlik sistemi ölən həkimin cəsədini uzun müddət həmin ərazidən götürə bilməyib. Lakin sonradan mərhumun cəsədi ailəsinə təhvil verilib.
Elmin NURİ