Modern.az

“Real” tanınmış qapıçının transferinə bir dəqiqə gecikdi

“Real” tanınmış qapıçının transferinə bir dəqiqə gecikdi

1 Sentyabr 2015, 11:12


Madridin “Real” klubu həftələrdir arxasınca qaçdığı “Mançester Yunayted”in ispaniyalı qapıçısı David De Xeyanın transferin son günündə bir dəqiqə ilə qaçırdı.

Modern.az-ın xarici KİV-ı istinadən verdiyi xəbərə görə, avqustun 31-də iki klub ispaniyalı qapıçının transferi üçün 40 milyon avro və Keylor Navas qarşılığında razılaşıb.

Ancaq “Mançester Yunayted” dünən gecə saat 24:00-da transfer dövrünün başa çatdığı İspaniyaya lazımi sənədləri bir dəqiqə gec göndərib. Beləcə, bitdi deyilən transfer yalnız 60 saniyə fərqlə alınmayıb.

Bununla bağlı “Real”ın bu gün İspaniya Futbol Federasiyasına transferə icazə verməsi üçün müraciət edəcəyi gözlənilir.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu