Modern.az

Azərbaycanda bu il 76 nəfəri ilan sancıb

Azərbaycanda bu il 76 nəfəri ilan sancıb

1 Sentyabr 2015, 13:03


“May-avqust aylarında ümumilikdə 76 nəfər ilan sancması ilə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə daxil olub”.

Bu haqda Modern.az saytına Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov məlumat verib.

Şöbə müdiri qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il həşərat və ilan sancmalarının sayında azalma müşahidə edilir: “Həşərat və ilan sancmalarına məruz qalanlar müxtəlif yaş qrupundan olanlardır. İlan sancmaları zamanı iki uşaq gürzə ilanın zəhəri ilə zəhərlənib, onlar bir müddət müalicə aldıqdan sonra evlərinə buraxılıb. Əqrəb sancmaları daha çox böyüklər arasında baş verib. Onlar arasında da ölüm halı baş verməyib”.

Azər Maqsudov avqust ayında qeydə alınan zəhərlənmələrin də statistikasını açıqlayıb: “Şöbəyə ilan sancması ilə 9 nəfər, əqrəb sancması ilə 6 nəfər, qara qurd sancması ilə 2 nəfər daxil olub. Onlardan dünyasını dəyişən olmayıb”.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu