Modern.az

6 ilin qısa akkordları – Modern.az-a ad günü təbriki

6 ilin qısa akkordları – Modern.az-a ad günü təbriki

Qarabağ

1 Sentyabr 2015, 13:20

6 il öncə... uzunluğu 4 metr, eni cəmi 2 metr olan, pəncərələri sınıq, köhnə kompüterlər olan bir otaq... o qədər dardır ki, bir başından o tərəfə keçmək üçün məcburən yanakı getməlisən...

Ya da kompüter arxasında oturan biri qalxıb sənə yer verməlidir...

Amma bu kiçik otaqda isti bir atmosfer hökm sürür... Buradan elə ideyalar ortaya çıxır ki, oxuyanlar heyrətə gəlir. Bəzən kimə desən ki, gördüklərin bu şəraitdən meydana gəlir, sənə gülər və dəli hesab edərdilər. Amma nə qədər acı da olsa bu bir həqiqətdir. O həqiqət ki, fədakar və öz şəxsi mənafelərini düşünməyən insanların yaratdığı bir HƏQİQƏT! 

Qısa bir müddət də olsa belə qismətimə HƏQİQƏTdə olmaq düşüb.

Etiraf edim ki, ilk dəfə yazmaq istəyəndə eşitdiyim söz “ürəyin nəyi, necə istəyir” olub. Yəni azad sözün, azad fikrin olduğu bir məkandır bu HƏQİQƏT – MODERN.AZ 

Gəlişiylə Azərbaycan mətbuatına yeni bir nəfəs gətirdi. Yadıma düşür 2009-cu ilin sentyabr ayının ortaları idi. Bir qrup jurnalist Qubada keçirilən tədbirə qatılmışdı. Elşad Eyvazlı ilə orada görüşdüm. “Başqan” nə işlə məşğulsan indi sualıma “Modern.az”-ı yaratmışıq – dedi. O zaman bəlkə də düşünməzdim ki, qısa bir müddətdən sonra bu qədər uğur qazanacaq Modern.az. Amma bu bir həqiqətdir ki, bu gün çoxlarının sevə-sevə oxuduğu portaldır. 

Bəzən sosial şəbəkələrdə və müxtəlif saytlarda yer alan qan qoxulu, ədabsiz, insan psixologiyasını korlayan xəbərlərin təsirindən qurtulmaq üçün Modern.az-ı açıb gözəl bir yazı oxumaq kifayət edir. Bütün bu bataqlığın içərində sanki bir gülüzardır Modern.az.

Bir anlıq məşhurlarla “Fotosöhbətə” yaxud keyfiyyətli bir köşə yazısına nəzər saldıqda insan özünü başqa bir aləmdə hiss edir. Məni ən çox sevindirən isə Azərbaycanın ərazi bütövlüyü, xüsusən də Qarabağla bağlı məqamlara daha çox yerin verilməsidir. Bəzən isə Şuşanın, Kəlbəcərin, Ağdamın, Xocalının işğal altında olan dövrdə çəkilmiş fotoları ürəkləyi parçalayır. Modern.az həm də bir məktəbdir. Jurnalistika məktəbi. Bu məktəbdən keçənlər hazırda müxtəlif saytlarda öz peşə fəaliyyətlərini davam etdirirlər. Bu 6 ildə bir çox gənc jurnalistlər yetişib Modern.az-da.

Ən azından “iş təcrübəsi” istənilməyən və gənclərə şərait yaradan, “axı bu jurnalist hardansa başlamalıdır” prinsipi ilə yanaşılan bir məkandır Modern.az.


P.S. Budur 6 il keçdi...

Bu gün yenə Elşad Eyvazlının, Əfqan Qafarlının, Əziz müəllimin və bütün digər əməkdaşların fədakarlığı sayəsində yaşayır və inkişaf edir Modern.az... 

Ən xoş arzularla, 

Orxan Əli

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu