2014-cü ilin iyun ayında İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatının girov götürdüyü və o dövrdə Mosulda baş konsul olan Öztürk Yılmaz vəzifəsindən istefa verib.
Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Öztürkün istefasının səbəbi noyabrın 1-də parlamentə keçiriləcək təkrar seçkilərdə Cümhuriyyət Xalq Partiyasından (CHP) millət vəkilliyinə namizəd olmaqdır.
Modern.az