Modern.az

TQDK-dan Modern.az-a TƏBRİK

TQDK-dan Modern.az-a TƏBRİK

1 Sentyabr 2015, 13:43

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Modern.az saytının 6 yaşının tamam olmasə münasibətilə təbriklərini ünvanlayıb.

“Böyük və zəngin ənənələrə malik Azərbaycan mətbuatı xalqımızın milli varlığının, adət-ənənələrinin qorunub-saxlanılmasında, mədəni inkişafında daim  müstəsna xidmətlər göstərib. Bu gün həmin ənənələri layiqincə davam etdirən, bu istiqamətdə öz peşəkarlığı, obyektivliyi və qərəzsizliyi ilə seçilən xəbər portalına çevrilmiş Modern.az 6 illik qısa  fəaliyyəti dövründə çoxsaylı oxucu kütləsinin sevimli saytlarından birinə çevrilib. Müasir informasiya bolluğu şəraitində özünüzə layiqli yer tutaraq,  ölkə əhalisinin məlumatlandırılmasında və maarifçilik işinə dəyərli töhfələr vermisiniz.

Ölkə ictimaiyyətinin böyük maraq göstərdiyi ali və orta ixtisas məktəblərinə tələbə qəbulu prosesinin, bu sahədə həyata keçirilən yeniliklərin, görülən tədbirlərin saytınız  tərəfindən daim diqqətdə saxlanmasını yüksək qiymətləndirir, TQDK ilə səmərəli əməkdaşlığınızın bundan sonra da davam edəcəyinə əminliyimi ifadə edirəm. Bir daha sizi 6 yaşınız münasibətilə təbrik edir, şəxsi həyatınızda xoşbəxtlik, peşə fəaliyyətinizdə uğurlar arzulayıram”. 

Hörmətlə Elnur Nağızadə,

TQDK-nın mətbuat xidmətinin rəhbəri 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu