Modern.az

İbrahim Tatlısəs deputat olmaq istəyir

İbrahim Tatlısəs deputat olmaq istəyir

1 Sentyabr 2015, 13:54


Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkilliyinə namizədliyini irəli sürəcək.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, uzun illərdir siyasətlə qəti maraqlanmayan müğənni Şanlıurfa bölgəsindən namizədliyini irəli sürəcək.

Bu barədə Tatlısəsin özü şəxsi Tvitter səhifəsində yazıb. Hazırda bir neçə il bundan əvvəl aldığı güllə yarasından Amerikada müalicə olunan müğənni izləyicilərinə bu məsələ ilə bağlı bildirib:

“Siz məni harada görəcəksinizsə, mən də orada olacağam”.  

Elmin NURİ  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu