Modern.az

Ermənilər Tərtərdəki toy çadırını atəşə tutdu: Yaralılar var – FOTO

Ermənilər Tərtərdəki toy çadırını atəşə tutdu: Yaralılar var – FOTO

1 Sentyabr 2015, 15:52


Azərbaycanın Tərtər rayonunda Ermənistan ordusunun atəşkəsi pozması nəticəsində 3 nəfər yaralanıb.

“Report”un xəbərinə görə, hadisə rayonun təmas xəttinə yaxın yerləşən Qapanlı kəndində baş verib.

Belə ki, kənd sakini Barat Süleymanovun övladının kicik toy mərasimi zamanı ermənilər toy mağarını atəşə tutub.

Hadisə nəticəsində toyda iştirak edən Müşkünaz Əliyeva və Mədinə Tanrıverdiyeva bacıları və 3 yaşlı Zəhra Əlizadə güllə yarası alıb. Hər üç yaralı xəstəxanaya yerləşdirilib.

Modern.az 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu