Almaniyanın Daxili İşlər Nazirliyi heyətinə təqdim edilən hesabatda PKK-nın bu ölkədə fəaliyyətini yönləndirən 13 min üzvü olduğu bildirilib.
Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, keçən həftə Türkiyəyə gələn Almaniyanın Daxili İşlər Nazirliyinin heyətinə ölkədən qaçan keçmiş prokurorlar Zekeriya Öz ve Celal Karanın qaytarılmaları məsələsi müzakirə olunarkən bölücü, sol və dini istismar edən terror təşkilatları ilə əlaqədar əhatəli bir hesabat təqdim edilib.
Hesabatda PKK-nın Almaniyada fəaliyyətini icra edən 13 min şəxsin olduğu bildirilib. DHKP-C başda olmaqla radikal sol təşkilatların 1950 üzvünün olduğu da qeyd edilib. 2013-cü ildə Avropa Birliyinin Ankaradakı səfirliyinə canlı bomba hücumu təşkil edən Ecevit Şanlı kimi təsbit edilən 60 nəfərin də olduğu vurğulanıb.Modern.az