Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyavanın sədrliyi ilə “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın cinayət işi üzrə keçirilən məhkəmə prosesi yekunlaşıb.
Modern.az saytı xəbər verir ki, məhkəmənin hökmü ilə X.İsmayılova 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə Xədicə İsmayılovaya Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə bəraət verib. Onu həmkarı Tural Mustafayevi ölüm həddinə çatdırmaqda ittiham edirdilər.
T.Mustafayev məhkəmədə X.İsmayılova haqda istintaqa verdiyi ifadədən imtina etmiş, intihara cəhdinin nişanlısı ilə münasibətinin pozulmasından qaynaqlandığını demişdi.