Modern.az

Sergey Lavrov Bakıdadır

Sergey Lavrov Bakıdadır

1 Sentyabr 2015, 17:06


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfərə gəlib. Bu barədə Trend-ə diplomatik mənbə məlumat verib.

Daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin verdiyi məlumata görə, səfər çərçivəsində iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin münaqişənin tənzimlənməsində ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın rolu müzakirə ediləcək.

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu