ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə görüşüb.
APA-nın xəbərinə görə, bu barədə səfirliyin “Twitter” səhifəsində məlumat verilib.
Görüşdə səfir qadın və uşaq məsələlərinə dair ABŞ-Azərbaycan əməkdaşlığının vacibliyini diqqətə çatdırıb, ABŞ-ın həm Azərbaycanda, həm də dünya miqyasında qadınların siyasət, biznes, ictimaiyyətdə rolunun gücləndirilməsi üçün çalışdığını bildirib.
Səfir həmçinin ABŞ və Azərbaycanın qadın və uşaqlara qarşı zorakılıq hallarının azaldılması sahəsində birgə çalışmasının vacibliyini vurğulayıb.
R. Sekutanın sözlərinə görə, ABŞ 2011-ci ildən bəri qadın məsələləri ilə bağlı Azərbaycana 5 milyon dollar ayırıb.
Modern.az