Modern.az

REAL deputatlığa namizədlərini AÇIQLADI

REAL deputatlığa namizədlərini AÇIQLADI

Təhsil

2 Sentyabr 2015, 12:52


REAL Hərəkatının bu il noyabrın 1-dəMilli Məclisə keçiriləcək seçkilərdə namizəd olacaq üzvlərinin siyahısı açıqlanıb.

Modern.az xəbər verir ki, bu barədə təşkilatın icra katibi Natiq Cəfərli keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə REAL parlament seçkilərində iştirak üşün 23 deputatlığa  namizəd irəli sürüləcək.

Həmin namizədlərdən 17-si REAL-ın, digər 6-sı isə digər təşkilatların üzvləridir.

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən REAL-ın icra katibi Natiq Cəfərəlinin, 16 saylı Yasamal ikinci seçki dairəsindən hərəkatın idarə heyətinin üzvü Erkin Qədirlinin, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlının namizədliyi irəli sürülüb.

Bundan əlavə, REAL “D-18” Hərəkatının sədri Ruslan İzzətlinin 33 saylı Xətai Birinci Seçki Dairəsindən namizədliyini dəstəkləyəcək. Həbsdə olan REAL Hərəkatının sədri İlqar Məmmədovun deputatlığa namizədliyi irəli sürülməyib.

Modern.az  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu