Modern.az

““Elm haqqında” qanun layihəsi payız sessiyasına ÇIXARILACAQ"

““Elm haqqında” qanun layihəsi payız sessiyasına ÇIXARILACAQ"

Təhsil

2 Sentyabr 2015, 12:56


““Elm haqqında” qanun layihəsinin Milli Məclisin payız sessiyasında yenidən müzakirəsi gözlənilir”. Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri  Şəmsəddin Hacıyev  Modern.az-a açıqlamasında bildirib.

O, qanun layihəsinin tam hazır vəziyyətdə olduğunu da sözlərinə əlavə edib.

“Keçən müddət ərzində qanun layihəsi ilə bağlı millət vəkillərinin təklifləri, iradları  tam nəzərə alınıb. Qanun layihəsi tam təkmilləşdirilib. Mən hesab  edirəm ki, ikinci oxunuş üçün  tam hazır vəziyyətə gətirilib.

Elə də ciddi dəyişikliklər yoxdur. Bir neçə mübahisəli maddələr var idi ki, onlarla da bağlı  ümumi bir məxrəcə gəlinib. Demək olar ki, bütün konstruktiv  təkliflər nəzərə alınıb. Qanun layihəsi tam hazır vəziyyətdədir.

Gözlənilir ki, oktyabr  ayında  Milli Məclisin  iclaslarının birində  “Elm hqqında qanun” layihəsi yenidən müzakirə edilsin. Ən azından komitədə bir dəfə baxıla bilər”,-deyə Şəmsəddin Hacıyev bildirib.

Qeyd edək ki,  “Elm haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Qanun layihəsində Azərbaycanda magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi, özəl elmi müəssisələrin yaradılması, Azərbaycan Milli Elmlər Akademiyasına elmi fəaliyyəti maliyyələşdirmək məqsədi ilə Azərbaycanın qanunvericiliyində qadağan olunmayan digər fəaliyyət növləri, o cümlədən sahibkarlıqla məşğul olmaq hüququnun verilməsi nəzərdə tutulur.

Leyla Əfqan

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu