Modern.az

İTV-nin bu günkü “namizəd” efiri: Avropa Məhkəməsini udmuş namizəd, Əvəz Temirxan, “JEK” işçisi və “zəlzələ” idarəsinin texniki….

İTV-nin bu günkü “namizəd” efiri: Avropa Məhkəməsini udmuş namizəd, Əvəz Temirxan, “JEK” işçisi və “zəlzələ” idarəsinin texniki….

Ölkə

21 Oktyabr 2010, 10:48

İctimai TV-nin bu günkü efirində 23 saylı Nəsimi-Səbail, 38 saylı Nizami (Gəncə) ikinci, 77 saylı Astara, 92 saylı Zərdab –Ucar, 93 saylı Bərdə şəhər, 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə qeydə alınmış namizədlər çıxış edəcək.

Bu günkü efirin favoriti 23 saylı Nəsimi-Səbail seçki dairəsi olacaq. Burada Liberal Partiyasının sədri Əvəz Temirxan, AXCP sədrinin müavini Razi Nurullayev, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə və YAP-ın vahid namizədi Zəfər Qurbanov üz-üzə gələcək.

Digər dairələr üzrə də maraqlı debatların olacağı gözlənilir. Gəncədəki Nizami seçki dairəsini debatda Milli Məclisin üzvü Asəf Hacıyev, “Finka”MMC-nin işçisi Vaqif Hüseynov, “JEK” işçisi Qərib Kərimov, jurnalist Tünzalə Məhərrəmova və işsiz Sevinc Rzayeva təmsil edəcək. 

77 saylı Astara seçki dairəsindən isə efirdə “Diplomat” firmasının direktoru, YAP-ın namizədi Aslan Cəfərov, Astara çay fabrikinin direktoru Nizami Rəsulov və digərləri olacaq.

92 saylı Zərdab-Ucardan isə efirə deputatlığa namizədlər Milli Məclisin üzvü Jalə Əliyeva,  Zərdab Sosial Müdafiə Mərkəzinin direktoru Canpolad Vəliyev, Ucarda DSK-da katib olan Seyfi Həsənov, KXCP üzvü Ataş Əhmədov və müəllim Yusif Sultanov çıxacaq. 

93 saylı Bərdə şəhər seçki dairəsi siyasi polemiakalarla zəngin olacağı gözlənilir. Efirdə AXCP-çi Nemət Əliyev öz köhnə rəqibi Milli Məclisin üzvü Zahid Orucla üz-üzə gələcək. Bununla yanaşı efirdən Bərdənin seysmik stansiyasının texniki Gəray Əsədov, KXCP-nin işsiz namizədi Heybət Səfərli və doktor Xalid Məmmədov öz seçicilərinə platformalarını izah edəcəklər. 

96 Goranboy – Naftalan seçki dairəsindən isə efirə bu namizdlər çıxacaq. Hakim partiyanın namizədi, Goranboy Telekomunikasiya Qovşağının rəisi Hafiz Muxtarovla yanaşı, debatda “AXCP-Müsavat”ın  işsiz namizədi Yusif Namazoğlu, bitərəf sahibkarlar Mahir Aslanov, Ramin Qasımov və “Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyev üz-üzə gələcək.    

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu