Azərbaycana keçirdiyi narkotik maddəni satmaq istəyən İran vətəndaşı niyyətini reallaşdıra bilməyib. Modern.az-ın Daxili İşşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran vətəndaşı Tizfəhim Fətullah Amankənd kəndində 5 kiloqram 190 qram tiryəki 15 min dollara satarkən tutulub.
Modern.az