Modern.az

İcra başçısının maşın bağışladığı tələbə Modern.az-a danışdı: “Heç sürücülük vəsiqəm yoxdu”

İcra başçısının maşın bağışladığı tələbə Modern.az-a danışdı: “Heç sürücülük vəsiqəm yoxdu”

2 Sentyabr 2015, 15:09

Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə rayon tarixində ali məktəbələrə keçirilmiş qəbul imtahanlarında ilk dəfə 700 bal toplayan Asya Mahmudovaya avtomobil hədiyyə edib.

Asya Mahmudova hədiyyə ilə bağlı təəssüratlarını Modern.az-a açıqlamasında belə ifadə edib:

“Hədiyyəyə görə çox sevincliyəm. Gözləmirdim. Özüm maşın sürə bilmirəm, sürücülük vəsioqəm də yoxdur. Düzü, məktəbi bu il bitirdiyim üçün  indiyə kimi vəsiqə almaq haqda maraqlanmamışam. Lakin maşın sürməyi  öyrənməyi düşünürəm. Qismət olsa, öyrənəcəm.  İnşallah, ailəmlə birgə maşından xeyirli şəkildə faydalanarıq”.

Qeyd edək ki, Asya idris qızı Mahmudova Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasına qəbul olunub.



Leyla Əfqan
 

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu