Modern.az

Məzahir Pənahov siyasi partiyalara xəbərdarlıq etdi

Məzahir Pənahov siyasi partiyalara xəbərdarlıq etdi

2 Sentyabr 2015, 16:44

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçkiqabağı təşviqatla bağlı siyasi partiyalara xəbərdarlıq edib.

 

APA-nın məlumatına görə, M. Pənahov bildirib ki, Seçki Məcəlləsinə və Təqvim Planına əsasən seçkiqabağı təşviqatın aparılması oktyabrın 9-da başlanacaq, 31 oktyabr saat 8.00-da dayandırılacaq.

M. Pənahov siyasi partiyaların Təqvim Planında göstərilən müddətdən əvvəl mətbuatda seçki ilə bağlı təşviqat aparmamalı olduğunu, bunun qanun pozuntusu sayıldığını qeyd edib. MSK sədri siyasi partiyaları bu həssas məsələdə ehtiyatlı olmağa, pozuntuya yol verməməyə çağırıb.

MSK sədri Məzahir Pənahov söyləyib ki, indiyə qədər deputatlığa namizədliyin irəli sürülməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına 19 seçki dairəsi üzrə 25 müraciət qeyd alınıb.

M. Pənahov bu il parlament seçkilərində deputatlığa namizədliyini irəli sürən şəxslərin və seçkilərdə iştirak edəcək partiyaların ötən seçkilərlə müqayisədə daha çox olacağını gözlədiklərini, mətbuatda bu yöndə açıqlamalardan, bəyanatlardan bu qənaətə gəldiklərini bildirib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu