Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun Eldar Əzizovun yerinə Sumqayıt şəhərinə başçı təyin olunması ilə bağlı yayılan xəbərlər hələ ki rəsmən təsdiqlənməyib.
Zakir Fərəcova çox yaxın olan şəxslərdən birinin Modern.az-a verdiyi xəbərə görə, onun Sumqayıt şəhər İcra Hakimiyyətinin başçı təyin olunması ilə bağlı yayılan məlumat realdır.
Mənbə qeyd edib ki, Zakir Fərəcovun Eldar Əzizovu əvəzləməsi ilə bağlı rəsmi sərəncamın bu-gün-sabah elan edilə biləcəyi istisna edilmir.
Modern.az