Modern.az

Səbail və Nəsiminin də icra başçısı dəyişdirildi - Məmurlarla bağlı yeni xəbər yayıldı

Səbail və Nəsiminin də icra başçısı dəyişdirildi - Məmurlarla bağlı yeni xəbər yayıldı

2 Sentyabr 2015, 16:54


Dünəndən mətbuatda icra başçısı postlarında mühüm dəyişikliklərlə bağlı yayılan məlumatlar təsdiqini tapmaqdadır. Modern.az saytı "Qafqazinfo"ya istinadən xəbər verir ki, tezliklə sözügedən dəyişikliklərlə bağlı sərəncamlar açıqlanacaq.

Verilən informasiyaya görə, icra başçısı vəzifələrində dəyişikliklər aşağıdakı kimi baş tutub.

Belə ki, dünəndən Sumqayıt şəhərinin icra başçısı vəzifəsindən azad olunan Eldar Əzizov Səbail rayonuna təyinat alıb. Səbailin icra başçısı Asif Əsgərov isə Nəsimi rayonuna icra başçısı göndərilib. Nəsiminin icra başçısı Nəsib Mehməliyev isə tutduğu vəzifədən azad edilib.

Eldar Əzizovun yerinə isə dünəndən mətbuatda qeyd olunduğu kimi Abşeronun icra başçısı Zakir Fərəcov təyinat alıb. Zakir Fərəcovun yerinə isə öz  müavinlərindən birinin gətirildiyi deyilir.

Xatırladaq ki, Nizami rayon icra başçısı vəzifəsi də hazırda boşdur. Həmin vəzifəyə də bugünlərdə təyinatın həyata keçiriləcəyi gözlənilir.

Məlumatlara görə, Nəsib Mehməliyev bu ilin noyabrında ölkədə keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyini irəli sürəcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu