Latviyanın əhalisi hazırda 1 milyon 978 min nəfərdir. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda ölkənin Mərkəızi Statistika İdarəsinin rəhbəri Ayya Jiqure məlumat verib.
Onun sözlərinə görə, son 4 ildə bu ölkə əhalisinin sayı 88,5 min nəfər azalıb. 2011-ci ildən başlayaraq uzun müddətli beynəlxalq miqrasiya nəticəsində Latviya sakinlərinin sayı isə 54,8 min nəfər azalıb, nəticədə təbii hərəkət edənlər 33,7 min nəfər olub.
O deyib ki, bu müddətdə Latviyaya 97 min nəfər gəlib, başqa ölkələrə isə 42,2 min nəfər gedib.
Son illər latviyaya gələnlərin 65 faizi xaricdən qayıdanlardır.
Modern.az