Modern.az

965 terrorçu zərərsizləşdirilib

 965 terrorçu zərərsizləşdirilib

2 Sentyabr 2015, 21:58

İyulun 22-dən bu yana terror təşkilatı PKK-ya qarşı əməliyyatlarda 965 terrorçu zərərsizləşdirilib. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, son 58 gündəki terror hücumlarında, Malazgirt Jandarm komandiri mayor Arslan
Kulaksız və İstanbul Polis İdarəsi Bomba Məhvetmə və Monitorinq Şöbəsinin müdiri Beyazıt Çekenin də aralarında olduğu 72 təhlükəsizlik işçisi (əsgər, polis və meşəbəyi) şəhid edilib, biri İran əsilli 20 nəfər həyatını itirib, 3-ü İran əsilli 281 nəfər yaralanıb.

Terrorçular 249 maşını yandırıb. Bu prosesdəki döyüşlərdə 111 terrorçu zərərsizləşdirilib, 15-i yaralı 28 terrorçu yaxalanıb.

Böyük hissəsi PKK və gənclik quruluşu YDG-Hye olmaq üzrə, DAEŞ və DHKP-C terror təşkilatlarına qarşı bir çox rayonda 24 iyuldan bu yana həyata keçirilən əməliyyatlarda 2 min 264 nəfər saxlanılıb, onlardan 587-si həbs olunub.

Təhlükəsizlik qüvvələrinin iyulun 22-dən bu yana terror təşkilatı PKK-ya qarşı daxildə və xaricdə həyata keçirdiyi əməliyyatlarda 965 terrorçu zərərsizləşdirilib.

Hava əməliyyatları nəticəsində xaricdə təxminən 580 terrorçunun, ölkə daxilindəki əməliyyatlarda da 250-300 terrorçunun yaralandığı müəyyən edilib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu