Modern.az

Yasir Ərəfatın öldürülməsi iddiası ilə bağlı istintaq yarımçıq saxlanılıb

 Yasir Ərəfatın öldürülməsi iddiası ilə bağlı istintaq yarımçıq saxlanılıb

2 Sentyabr 2015, 23:50

 

Modern.az xəbər verir ki,  Fələstin liderinin Yasir Ərəfatın öldürülməsinə dair iddianın  araşdırılması ilə məşğul olan Fransa hakimləri heç bir ittiham irəli sürməyərək işə xitam veriblər.

Bu barədə Nanter Şəhər Prokurorluğu məlumat yayıb.

Mərhumun həyat yoldaşı Suxa Ərəfatın vəkili Fransis Spine bildirib ki, bu qərara etiraz edəcək. Ərəfatın qohumlarının fərziyyəsinə görə, onu radioaktiv poloniumla zəhərləyiblər.

Fələstin Azadlıq Təşkilatına rəhbərlik edən Ərəfat 2000-ci ildə Fransada yatdığı xəstəxanada vəfat edib. (Report)

 

Modern.az    
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu