Modern.az

Fuad Muradov: “Aparılan qarayaxma kampaniyası artan nüfuzumuza xələl gətirməyə hesablanıb”

Fuad Muradov: “Aparılan qarayaxma  kampaniyası artan nüfuzumuza xələl gətirməyə hesablanıb”

3 Sentyabr 2015, 11:34

 “Son zamanlar  Azərbaycana qarşı aparılan qarayaxma  kampaniyası siyasi müstəqilliyini qoruyan ölkəmizin beynəlxalq arenada artan nüfuzuna xələl gətirməyə hesablanıb.”

Bunu Modern.az-a açıqlamasında millət vəkili Fuad Muradov bildirib. Deputat qeyd edib ki, özlərini “beynəlxalq araşdırmaçı təşkilatlar” kimi təqdim edən, lakin əslində bəzi qüvvələr tərəfindən idarə olunan qurumlar ölkəmizə qarşı aparılan qara piarda aktivlik nümayiş etdirirlər.

“Buna səbəb isə Azərbaycanın  qlobal məsələlərdə bu qüvvələrin maraqlarına deyil, vətəndaşlarımızın mövqeyini qorumasına xidmət etməsidir.  Eyni zamanda guya ölkəmizdə  “insan haqqlarının pozulmasını”  qabardan bu qüvvələr Azərbaycanın heç kimin diqtə və şərtləri ilə siyasət aparmadığını həzm edə bilmir.” F. Muradov onu da əlavə edib ki, Azərbaycan cəmiyyəti dünyada gedən prosesləri izləyir və ona öz qiymətini verməyi bacarır.

“Bu gün Azərbaycan vətəndaşı ölkəmizin ərazi bötövlüyü məsələsində vəhdət  mövqe nümayiş etdirir və kimlərinsə qarayaxma kampaniyasına deyil Qarabağın azad olunması istiqamətindəki addımlara daha çox diqqət yetirir.”

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu