Modern.az

20 nömrəli məktəb üçün beşmərtəbəli bina tikilir - Rəsmi AÇIQLAMA

20 nömrəli məktəb üçün beşmərtəbəli bina tikilir - Rəsmi AÇIQLAMA

Təhsil

3 Sentyabr 2015, 11:35


Bakı şəhəri üzrə Təhsil İdarəsi 20 nömrəli məktəb-liseylə bağlı suallara aydınlıq gətirib. İdarədən Modern.az saytına bildirilib ki, 20 nömrəli məktəb-lisey Bakı şəhərinin ən böyük ümumtəhsil müəssisələrindən biri olduğuna görə, ona müasir tələblərə uyğun 5 mərtəbədən ibarət yeni binasının inşa olunması nəzərdə tutulur. 25000 kvadratmetr sahəsi olacaq binada 3000 şagird yerləşə biləcək.

“İndiyədək 20 nömrəli məktəb-liseyin tikintisi üçün müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 15 milyon manat, Dövlət İnvestisiya Xərclərindən  isə 2 milyon manat ayrılıb. Bu günədək  məktəbin bünövrə və zirzəmi hissəsinin tikintisi başa çatdırılıb. Hazırda yeni məktəb  binasının layihəsində layihə şirkəti tərəfindən bəzi əlavə dəyişikliklər aparılır. Bu proses tamamlandıqdan sonra məktəbin tikinti işləri davam etdiriləcək”-deyə Bakı şəhəri üzrə Təhsil İdarəsi bəyan edib.

20 nömrəli məktəb-liseyin 2830 şagirdi hazırda paytaxtın digər 2 məktəbində təhsillərini davam etdirirlər.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu