Yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə mövcud və rəngi solmuş piyada zolaqlarının yenidən rənglənməsi işlərinə start verib.
“Azəryolservis” ASC-dən Modern.az-a bildirilib ki, rənglənmə işləri əsasən təhsil müəssisələrinin qarşısında və ətrafında olan yollarda həyata keçirilir.