Modern.az

Dünyanın ən tüklü qoyunu 40 kq yun verdi - FOTO

Dünyanın ən tüklü qoyunu 40 kq yun verdi - FOTO

3 Sentyabr 2015, 13:48

Avstrliyanın paytaxtı Kanberranın şəhərətrafı səmtində tapılan Kris ləqəbli sahibsiz qoyun bütün ölkəni heyrətə salıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə il öncə sürüdən ayrı düşən qoyun təsadüfən tapılaraq heyvanlar üçün saxlanma mərkəzinə yerləşdirilib. Büsbütün yunla örtülmüş qoyundan 45 dəqiqə ərzində 40,4 kiloqram merions yunu qırxılıb. Bu qoyunçuluq tarxində bir qoyundan əldə olunan ən böyük yun miqdarıdır.

Yunun çoxluğundan həyati təhlükə ilə üzləşən Kris ləqəbli qoyunu qırxmaq üçün ona ağrıkəsici vurulub.


Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu