Modern.az

Azərbaycanda narkomaniyaya tutulmuş yeniyetmə və qadınların sayı AÇIQLANDI

Azərbaycanda narkomaniyaya tutulmuş yeniyetmə və qadınların sayı AÇIQLANDI

3 Sentyabr 2015, 15:15

Hər il dünyada narkotik istifadəçilərinin sayı artır və onların ya həyatına son qoyur yaxud da onun və yaxınlarının həyat keyfiyyətini aşağı salır. Dünya statistikasına nəzər salsaq görərik ki, narkotiklərdən istifadə hələ 2012-ci ildə 183 000 ölüm faktına səbəb olub. 2011-ci illə müqayisədə bu aşağı göstərici olsa da, 15-64 yaş arasında olan gənc və orta nəsil üçün kiçik rəqəm sayıla bilməz.
Yeniyetmələrin narkomaniya xəstəliyinə düçar olması hazırkı dövrün ən aktual məsələlərindəndir. Beləki, birincisi, narkotiklərdən ilk istifadənin əksər halları məhz bu yaş dövründə baş verir (narkomaniya xəstəliyinin 70% yaxın halları), ikincisi isə, narkotik vasitələrin təsiri (uzun müddətə narkotiklərlə zəhərlənmə) inkişafda olan orqanizmə məhvedici təsir göstərir.

Səhiyyə Nazirliyinin mətbuat xidməti Azərbaycanda narkomaniya xəstəliyiə düçar olanlarla bağlı statistika açıqlayıb. Modern.az xəbər verir ki, rəsmi statistikaya əsasən, 2013-cü il üçün narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin ümumi sayı 28 376 nəfər, onlardan 15-17 yaş arasında olan şəxslər 4 nəfər, 18-24 yaş arasında olanlar 1324 nəfər,  qadınlar 20 nəfərdir.
25-29 yaş arasında olan şəxslər 3850 nəfərdir ki, onlardan da 43 nəfərini qadın təşkil edir.

2014-cü il üçün narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin ümumi sayı 28 656 nəfərdir. Onlardan 15-17 yaş arasında olan şəxslər 5 nəfər, 18-24 yaş arasında olanlar 1403 nəfər, 25-29 yaş arasında olan şəxslər 3999 nəfərdir.

2014-cü ilin rəsmi statistik hesabatında toksikomanların ümumi sayı 152 nəfərdir. 

Ölkəmizdə narkomaniyaya düçar olmuş insanların normal həyata və cəmiyyətə qaytarması məsələnin vacibliyini nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 3 Dövlət Proqramı təsdiq edilib. 2 Proqram tam icra olunub.

2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair növbəti 5 illik 2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 4.2.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti 2014-cü il 13.09 tarixli 276 nömrəli qərarı ilə Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram təsdiq edilib. Proqramın məqsədi narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərin kompleks müalicə-reabilitasiya və resosializasiya tədbirlərinə cəlb edilməklə, narkotik vasitələrə və psixotrop maddələrə olan tələbatın azaldılması; proqram çərçivəsində narkotik istifadəçilərinin aşkar edilməsi və proqramlara cəlb edilməsi sisteminin yaradılması; narkotik istifadəçilərinin kompleks reabilitasiya və resosializasiya proseslərini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi; narkomanlığın müalicəsi ilə məşğul olan tibbi kadrların potensialının gücləndirilməsi; narkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi; əhali arasında narkomanlığın zərəri barədə maarifləndirmə işinin gücləndirilməsi; kompleks reabilitasiya kursunu müvəffəqiyyətlə başa çatdırmış narkotik istifadəçilərinin resosializasiya və postreabilitasiya sosial patronajlıq sisteminin təşkilidir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu