Modern.az

Nazir Bakıdakı bəzi xəstəxanaların baş həkimlərini dəyişdirdi

Nazir Bakıdakı bəzi xəstəxanaların baş həkimlərini dəyişdirdi

3 Sentyabr 2015, 15:54

Səhiyyə Nazirliyində keçirilən iclasda bəzi tibb müəssisələrində kadr islahatları ilə bağlı qərar qəbul olunub. Modern.az saytına verilən məlumata görə, dünən baş tutan iclasda nazir bəzi xəstəxanaların baş həkimlərinin dəyişdirilməsinə qərar verib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Modern.az-a açıqlamasında Kliniki Tibbi  Mərkəzin və Bakı  Sağlamlıq Mərkəzinin baş həkimlərinin tutduqları vəzifədən azad edildiyini təsdiqləyib.

Nazirlik rəsmisi qeyd edib ki, Kliniki Tibbi  Mərkəzin baş həkimi Sultan  Əliyev 14  saylı Birləşmiş Şəhər Xəstəxanasının, Bakı  Sağlamlıq Mərkəzinin baş həkimi Tərlan  Bəbirov 26 saylı Birləşmiş  Şəhər  Xəstəxanasının baş həkimi vəzifəsini icra edəcək.

Şirvan Şəhər Diaqnostika Mərkəzinin baş həkimi Hikmət Həsənov Bakı Sağlamlıq Mərkəzinə, Kliniki Tibbi Mərkəzin qəbul şöbəsinin müdiri Sabiq  Hüseynzadə isə  Kliniki Tibbi  Mərkəzin baş həkimi vəzifəsinə təyin olunub.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu