"Azərbaycanın futbol üzrə milli komandasına uğur arzulayıram. Amma Azərbaycan millisinin Xorvatiya ilə oynaya biləcək səviyyədə olduğuna inanmıram”.
Bunu Modern.az saytına açıqlamasında deputat Aqil Abbas bu gün axşam saat 21:00-da 2016-cı ildə keçiriləcək Avropa çempionatının qrup mərhələsində baş tutacaq Azərbaycan-Xorvatiya komandalarının oyununa münasibət bildirərkən qeyd edib.
Aqil Abbas milli komanda ilə yanaşı “Qarabağ” və “Qəbələ” klublarının son zamanlardakı uğurlu çıxışına da toxunub:
“Mən həmişə demişəm ki, “Qarabağ” futbol klubu, bir də Türkiyə milli komandasının oyununa baxanda həyəcanlanıram. Bəzən televizoru söndürürəm, sonra hesabı bilmək üçün açıram.
Çünki özüm futbol xəstəsiyəm və “Qarabağ”la Türkiyə milli komandasına azarkeşlik edirəm. Amma onu da demişəm ki, Azərbaycan milli komandası oynayanda heç zaman həyəcanlanmıram. Çünki bilirəm ki, uduzacağam. Təki milli komandamız hər zaman udsun. Deməyim odur ki, son zamanlar “Qəbələ” komandasının oyunlarına baxanda da belə həyəcanlanırdım.
Hərdən durub televizoru söndürürdüm, hərdən yandırırdım. Mən “Qəbələyə”, onun rəhbərliyinə təşəkkür edirəm ki, uzun illərdən sonra “Qarabağ”dan başqa məni həyəcanlandıran bir komanda ortaya çıxıb.
O ki qaldı Azərbaycanın futbol üzrə milli komandasına, mən onlara uğur arzulayıram. Amma Azərbaycan millisinin gücü Xorvatiya ilə oynaya biləcək həddə deyil”.
Modern.az