Bu dəqiqələrdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin toplantısı keçirilir. Bu barədə Modern.az saytına YAP-dan məlumat verilib. İclasda partiyanın 2015-ci il noyabrın 1-də keçiriləcək parlament seçkilərindəki iştirakı müzakirə olunur.
İclasın yekununda hakim partiyanın Milli Məclisə növbəti seçkilərdə iştirak edəcək namizədlərinin siyahısının açıqlana bilər.
Ölkə ictimaiyyətinin və siyasi çevrələrin bütün diqqəti hakim Yeni Azərbaycan Partiyasının Milli Məclis seçkilərinə qatılacaq deputatlığa namizədlərinin siyahısına yönəlib.
Hakimiyyətə yaxın dairələr, müstəqil şəkildə deputatlığa namizədliyini verəcək şəxslər, hətta bəzi müxalif partiyalar öz seçki taktika və strategiyasını YAP-ın seçki siyahısı üzərində fokuslaşdırıb.