Modern.az xəbər verir ki, futbol üzrə 2016-cı ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində hazırda Azərbaycan milli komandası “Bakcell Arena”da Xorvatiya millisini qəbul edir. Hazırda ilk hissə yekunlaşıb. Milli komandamızın pis tsir bağışlamadığı ilk yarıdan sonra hesab açılmayıb.
Milli komandamızın heyətində meydana Kamran Ağayev, Qara Qarayev, Məhəmməd Mirzəbəyov, Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov, Dmitri Nazarov, Rahid Əmirquliyev, Əfran İsmayılov, Məhəmməd Qurbanov və Ruslan Qurbanov çıxıblar.
Xorvatiya yığmasının start heyətində isə Daniel Subaşiç, Şime Vrsaylko, Vedran Çorluka, Domaqoy Vida, Daniyel Pranyiç, İvan Perisiç, İvan Rakitiç, Luka Modriç, Milan Bedel, Marko Pyaça, Mario Mancukiç yer alıblar.
Görüşü fransalı baş hakim Ruddi Buqe idarə edir. Ona həmyerliləri Gilyom Debar, Kiril Qrinqor kömək edirlər. Oyunun dördüncü hakimi Filipp Jandır.
Oyunun UEFA nümayəndəsi belçikalı Jan-Fransis Kruk, hakim-inspektoru isə portuqaliyalı Vitor Melo Pereyradır.
Modern.az