Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Fransa prezidenti Fransua Olland Türkiyə dövlət başçısı Rəcəb Tayyub Ərdoğanla telefonla danışıb.
Ərdoğanla telefon danışığının detalları barədə jurnalistlərə açıqlama verən Fransa prezidenti əsas mövzunun Bodrumda suriyalı uşağın sahilə vuran cansız bədəninin fotoları barədə olduğunu bildirib.
Bu fotolardan sonra bütün dünyada məsuliyyət şüurunun canlandırılmasının lazım olduğu qeyd olunub.
Olland fotoların dünya gündəmini zəbt etdiyini, immiqrantlara qarşı münasibətin və nəzarətin gücləndirilməsini bildirib.
Modern.az