Modern.az

Ağ “London taksiləri” haradadır? - AÇIQLAMA

Ağ “London taksiləri” haradadır? - AÇIQLAMA

4 Sentyabr 2015, 14:36


“Bakı 2015 Olimpiya Oyunları zamanı ölkəyə gətirilən 200 ədəd ağ rəngli “London taksisi” yaxın vaxtlarda paytaxt sakinlərinin istifadəsinə veriləcək”.

Bunu Modern.az saytına Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı deyib.

O qeyd edib ki, bununla bağlı işlər davam etdirilir: “Hazırda Nəqliyyat Nazirliyi və “Bakı Taksi” Məhdud Məsuliyyətli Cəmiyyət arasında danışıqlar gedir.

Taksilərin harada dayanacağı, hansı istiqamətlərdə hərəkət edəcəyi ilə bağlı yerlər müəyyənləşdirilir. Bu məsələlər yekunlaşdıqdan sonra ictimaiyyətə məlumat veriləcək”.  

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu