Modern.az

Şirvanda avtomobil 2 nəfəri vuraraq öldürüb

Şirvanda avtomobil 2 nəfəri vuraraq öldürüb

5 Sentyabr 2015, 09:32


Şirvanda 2 piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, bu gün saat 21:30 radələrində Şirvan şəhərində, Heydər Əliyev prospektində  VAZ 21011 markalı 24 BC 833 nömrəli avtomobil 2 piyadanı vurub.

Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan Şirvan sakini, 2004-cü il təvəllüdlü Dədəyev Rövşən Zaur oğlu və 1964-cü il təvəllüdlü Türkiyə vətəndaşı Abdulla Əkər xəstəxanaya çatdırılarkən yolda ölüblər.  

Şirvan şəhərində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla 2 piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü Qayıbalıyev Nazir Lazım müəyyən edilərək məsuliyyətə cəlb olunub.  

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu